İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

11 Aprel 2013 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İstanbul şəhərində karatenin "Şotakan " növü üzrə keçirilən dünya çempionatı idmançılarımız üçün uğurlu alınıb. Karateçilərimiz bu yarışdan vətənə 14 medal gətiriblər. Bu dəfəki dünya çempionatında 48 ölkədən 2940 idmançı iştirak edib. Renad Əliyevin başçılıq etdiyi milli komanda üzvlərinin əldə etdikləri nəticələri və qazandıqları medalları təqdim edirik:

Böyüklər arasında gedən idman mübarizəsində 5 qızıl, bir gümuş medal əldə olunub:
-Ağalarzadə Tural -67 kq. kumite yarışlarında 1-ci yer
-İsmayılov Məhəmməd CYU KUMİTE kumite yarışlarında 1-ci yer
-Ələkbərli Tural -60 kq. kumite yarışlarında 1-ci yer
-Qasımova İlahə -55 kq. kumite yarışlarında 1-ci yer
-Əliyeva Nuranə -50 kq. kumite yarışlarında 1-ci yer
-Cəfərov Əli CYU KUMİTE kumite yarışlarında 2-ci yer

Yeniyetmələr və gənclər arasında gedən mübarizədə idmançımız Fəridə Əliyeva 54 kq çəkidə rəqib tanımayaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
-Qurbanov Ülvi -52 kq. kumite yarışlarında 1-ci yer
-Əliyev Hüseyn -63 kq. kumite yarışlarında 2-ci yer
-Əliyeva Fəridə +54 kq. kumite yarışlarında 1-ci yer
-Vəliyev Vəli +76 kq. kumite yarışlarında 2-ci yer

Uşaqlar arasında keçirilən yarışda təmsilçilərimizdən yalnız Kənan Ağalarzadə mükafatçıların siyahısına düşə bilib:
Ağalarzadə Kənan 40kg. kumite yarışlarında 3-cü yer
-Ustalar arasında Kumite yarışlarında 3 idmançımız mükafat alıb:
-İsmayilov Sadiq kumite yarışlarında 1-ci yer
-Məmmədov Arif kumite yarışlarında 3-cü yer

O.M.