Maşınla adam öldürən futbolçumuza yaşıl sahə qadağan olundu

Maşınla adam öldürən futbolçumuza yaşıl sahə qadağan olundu

1 Aprel 2013 10:00
Bəyəndim (0) Bəyənmədim (0)
O, məhkəmə işi tamamlana qədər topdan uzaq olacaq

O, məhkəmə işi tamamlana qədər yaşıl meydanlardan uzaq duracaq. Futbol üzrə Azərbaycanın U-21 yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi xeyli müddət yaşıl meydanlardan kənarda qalacaq. Bir neçə gün öncə idarə etdiyi avtomobillə iki qadını vuran futbolçu buna görə açılan məhkəmə işi tamamlana qədər futbol oynamayacaq. Bu haqda "Neftçi" klubunun rəhbərliyi qərar qəbul edib. Klubunda oynamayacağı halda, təbii ki, Abdullayev gənclərdən ibarət yığmaya da dəvət ala bilməyəcək.
"Neftçi" klubunun futbolçusu Araz Abdullayev martın 28-i idarə etdiyi "Nissan" markalı avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.

O.M.