Millimiz avqustda Makedoniya ilə qarşılaşacaq

Millimiz avqustda Makedoniya ilə qarşılaşacaq

4 May 2011 12:26
Bəyəndim (0) Bəyənmədim (0)


Milli komandamızın növbəti yoxlama oyunundakı rəqibi müəyyənləşib. Berti Foqtsun yetirmələri Makedoniya yığması ilə görüşəcək. Bu görüş cari ilin avqustun 10-da Bakıda keçiriləcək. Qarşılaşmanın başlanma saatı hələ dəqiqləşməyib. Qeyd edək ki, Makedoniya yığmasının son matçlarında heyətə çağırılan 3 futbolçu Azərbaycan çempionatında çıxış edir. Az əvvəl "Neftçi" ilə ölkə çempionu olan İqor Mitreski və Slavko Gerorgiyevski, həmçinin "İnter"li Filip Despotovski Makedoniya yığmasının üzvləri sayılır.


Öz həmkarlarının qapısına qol vurmaq makedoniyalılara çətin olacaq. Bu günün sabahı var axı...

Tofiq Əliyev

O.M.