Barselona finala yüksəlib

Barselona finala yüksəlib

4 May 2011 09:12
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən axşam keçirilən oyunda İspaniyanın "Barselona" klubu əzəli rəqibi "Real Madrid"i yarımfinal mərhələsində mübarizədən kənarlaşdırıb. Oyun azarkeşlərin istədiyi kimi yüksək tempdə keçib. Oyunda üstünlüyü ələ alan Barselona ümumi top faizinə görə üstün olub və ilk qolu da onlar vurub. "Nou Kamp" stadionunda baş tutan revanş maçında bərabərlik qeydə alınıb- 1:1. Lakin "Barselona" ötən həftə "Santyaqo Bernabeu"da keçirilmiş ilk görüşdə 2:0 hesabı ilə qalib gəldiyi və ümumi nəticədə 3:1 olduğu üçün finala yüksəlib.


Mayın 28-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək həlledici görüşdə Kataloniya komandasının rəqibi bu gün müəyyənləşəcək. Finala vəsiqə uğrunda İngiltərənin "Mançester Yunayted" və Almaniyanın "Şalke" klubları arasında təşkil ediləcək təkrar yarımfinal oyununun qalibi olacaq.


Qeyd edək ki, ilk görüşdə 2:0 hesablı qələbə qazanan "qırmızı şeytanlar" "Şalke" səddini keçəcəkləri halda, 2008-2009-cu il mövsümünün finalı təkrarlanacaq. Həmin vaxt finalda "Barselona" 2:0 hesabı ilə qalib gəlmişdi.


Top yumrudur. Hansı tora girəcəyi bəlli deyil.

Elvin Babayev

O.M.