Ziya Məmmədov yenidən Federasiya prezidenti oldu

Ziya Məmmədov yenidən Federasiya prezidenti oldu

28 Fevral 2013 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 27-də Azərbaycan Voleybol Federasiyasının (AVF) VI hesabat-seçki konfransı keçirilib. AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, Voleybol Mərkəzində təşkil olunan konfransın gündəliyində 3 məsələ olub. Bunlar 2009 - 2012-ci illlər ərzində federasiyanın fəaliyyəti haqqında baş katib Elşən İsmayılovun hesabatı, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Faiq Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsinin yaradılması və AVF-nin rəhbər orqanlarının seçilməsi olub. Sonda Ziya Arzuman oğlu Məmmədov yenidən AVF prezidenti seçilib.

O.M.