Aleks türk oldu

Aleks türk oldu

3 May 2011 20:17
Bəyəndim (0) Bəyənmədim (0)
Budur, onun yeni adı

"Fenerbahçe"li Alex de Souzanın vətəndaşlıq xahişi qəbul olundu. 7 ildir klubla birlikdə çalışan futbolçu milli komandada oynamaq üçün hələ 5 il də gözləməli olacaq. Çünki qanun bunu tələb edir. Onu da nəzərinizə çatdıraq ki, fenomenin yeni adında elə də böyük dəyişiklik olmayıb. Sadəcə olaraq Alex yazılışı Alekslə əvəzlənib. Soyadı isə olduğu kimi qalıb.


Belə çıxır ki, 34 yaşlı Aleksin vətəndaşlığı qəbul etməsinin futbol karyerasına 5 il faydası olmayacaq. Necə deyərlər, qırxında öyrənən gorunda çalar...

Günel Həbib

O.M.