Karles Bakes: "Bu qərarın əsas səbəbi komandanın uğursuz çıxışı, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsidir"

Karles Bakes: "Bu qərarın əsas səbəbi komandanın uğursuz çıxışı, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsidir"

26 Fevral 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan klubunun baş məşqçisi istefa verdi.

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Bakes istefa verib. Bu barədə məlumatı ispaniyalı mütəxəssisin özü açıqlayıb. O bildirib ki, bu qərarının əsas səbəbi komandanın uğursuz çıxışı, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsidir: "Bu barədə artıq rəhbərliklə söhbət etmişəm. Belə qərara gəldik ki, komandadan indi ayrılmağım daha məqsədəuyğundur". Qeyd edək ki, Azərbaycan Premyer liqasının XXI turunda "Qəbələ"yə 0:2 hesabı ilə uduzan "Xəzər Lənkəran" "altılıq" şanslarını çətinə salıb.

O.M.