Bakıda 76 yaşlı kişinin meyiti aşkar edildi

Bakıda 76 yaşlı kişinin meyiti aşkar edildi

25 Fevral 2013 17:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Yasamal rayonunda 1937-ci il təvəllüdlü Boris Vladimiroviç Avadiyevin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş mətbəxdə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində B.Avadiyevin öldüyü müəyyən olunmuşdur. Cəsəd aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:53-də başa çatmışdır. Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.

O.M.