Göz yaşları içərisində sirrini açıqladı

Göz yaşları içərisində sirrini açıqladı

25 Fevral 2013 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Futboldan bu səbəbdən ayrıldım..."

"Atletiko Mineyro" klubunun yarımmüdafiəçisi Ronaldinyo 2012-ci ildə peşəkar karyerasını bitirməyə çox yaxın olduğunu etiraf edib. Oxumeni.az-ın xəbərinə görə, "Barselona"nın keçmiş oyunçusu anası Dona Miguelinada yaranan xərçəng xəstəliyi üzündən ağır günlər keçirdiyini və futboldan bir müddət ayrıldığını bildirib: "Anamın xəstəliyini eşidəndə mən anladım ki, bir daha futbol oynaya bilməyəcəyəm. Fikirləşdim ki, ona qulluq etməliyəm. Hər kəs mənim yanımda idi və mənə dəstək olurdu. Bu mənə o qədər də asan olmadı, "Atletiko Mineyro"nun azarkeşləri mənə çox dəstək oldular. Hətta bir oyunda onlar stadiona üzərində anamın şəkli olan plakatlarla gəlmişdilər. Bu, tüklərimi biz-biz etdi. Anam xərçəngə qalib gəldi və mən hazırda dünyanın ən xoşbəxt insanıyam", - deyə Ronaldinyo vurğulayıb.

O.M.