Azərbaycan daha bir müsabiqəyə ev sahibliyi edəcək

Azərbaycan daha bir müsabiqəyə ev sahibliyi edəcək

23 Fevral 2013 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Oxumeni.az xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, bununla bağlı Həmrəylik Oyunlarının Təşkilat Komitəsi rəyini verib. Biz 2017-ci ildə bu oyunların Bakıda yüksək səviyyədə təşkili üçün yeganə sifarişçiyik. Heç bir dövllət bu oyunların sözü gedən müddətdə keçirilməsi üçün təklif göndərməyib. Nazir deyib: "Bu ilin sentyabrında İslam Həmrəylik Oyunlarınını konfransı keçiriləcək. Biz də bu tədbirə dəvət gözləyirik. Orada bu oyunların keçirilməsi üçün səsvermə olacaq. Bu, o deməkdir ki, biz bu oyunların Bakıda keçirilməsini təşkil edəcəyik. Bizim 150-200 nəfər idmançımız bu yarışda ölkəmizi təmsil etməsi nəzərdə tutulur."

O.M.