Hakan Şükür: “Mən türk deyiləm!”

Hakan Şükür: “Mən türk deyiləm!”

23 Fevral 2013 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən albanam, bu baxımdan türk sayılmıram. Amma bu torpaqlarda çörək yemişəm və bu torpaqlarda yaşayıram". Bu sözləri futbol üzrə Türkiyə milli komandasının və "Qalatasaray" klubunun sabiq oyunçusu, AKP (hakim Ədalət və İnkişaf Partiyası) millət vəkili Hakan Şükür deyib. Hakan Şükür iştirak etdiyi tədbirdə şagirdlərdən birinin kürd problemi barədə verdiyi suala cavab olaraq, etnik ayrı-seçkiliyə qarşı olduğunu bildirib.
"Bu gün atılacaq addımları (İmralı sülh danışıqları) əhəmiyyətsiz görməmək lazımdır. Bunun olmasını istəməyənlər də var. Məzhəbi, dini, dili, irqi, etnik mənşəyi nə olursa-olsun, ölkənin bütünlüyü adına birlikdə yaşamaq, problemləri birlikdə həll etmək çox əhəmiyyətlidir. Bu asan bir proses deyil. Başda kürd qardaşlarımız olmaqla İnşallah daha çox birlikdə olmaq, daha çox problemlərimizi dialoq yoluyla həll etmək, dostluğumuzu, qardaşlığımızı gücləndirmək istəyirik" – deyə Hakan Şükür bildirib.

O.M.