Tanınmış idmançı "Valentin günü"ndə sevgilisini öldürdü

Tanınmış idmançı "Valentin günü"ndə sevgilisini öldürdü

14 Fevral 2013 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur paraolimpiyaçı sevgilisini oğru zənn edərək onu öldürüb. Cənubi Afrika Respublikasından olan atlet Oskar Pistorius fevralın 14-ü sevgilisini öz evindəcə qətlə yetirib. Polisin verdiyi məlumatda bildirilir ki, idmançı sevgilisinə bir neçə dəfə atəş açıb. İlkin məlumata əsasən, Pistoriusa "Müqəddəs Valentin" günündə sürpriz etmək istəyən qız gecə saat dörddə idmançının evinə daxil olaraq onu oyadıb. Qorxuya düşən atlet isə dərhal silaha əl atıb. Ölən qadının idmançının model sevgilisi Riva Stinkemp olduğu ehtimal edilir. Hazırda paraolimpiyaçı həbs olunub və bu həftə ilk məhkəməsi olacaq.

O.M.