Azərbaycanlı güləşçilər vətənə qayıdıb

Azərbaycanlı güləşçilər vətənə qayıdıb

3 May 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyənin paytaxtı Ankarada keçirilən Dünya Uşaq Oyunları başa çatıb. Azərbaycan güləşçilərinin də iştirak etdiyi oyunlarda 10 ölkəni təmsil edən 80 pəhləvan mübarizə aparıb. Güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medalla Vətənə qayıdıb.


Qızıl medalları Şahin Muxtarov (26 kq) və Haldun Məmmədov (47 kq), gümüş mükafatları Abbas Rzazadə (32 kq) və Mahir Aslanov (38 kq), bürünc medalı isə Ruslan Aslanov (59 kq) qazanıb.


Təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medalla 50 xal qazanaraq ümumi komanda hesabında 2-ci yeri tutublar. Türkiyə 2 qızıl, 2 gümüş və 5 bürünc medalla 52 xal yığaraq birinci olub. Bir gümüş və 1 bürünc mükafatla 38 xal toplayan Monqolustan komandası isə üçüncü yerdə qərarlaşıb.


Yaxşı ki, biz monqollardan geri qalmadıq...


Elvin Babayev


O.M.