Futbol matçı zamanı oyunçu həbsə alındı

Futbol matçı zamanı oyunçu həbsə alındı

6 Fevral 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb futbolçunun aliment borcu olub

İsraildə futbol matçı zamanı insident yaşanıb. İnterfax-ın yerli mətbuata istinadən yaydığı məlumata görə, İsrail milli çempionatı çərçivəsində İroni komandası ilə "Nazaret" komandası arasında keçirilən matçın fasiləsində hakim Lior Asulin adlı futbolçunu həbsə alıb. Səbəb oyunçunun sabiq arvadına ödəməli olduğu 4000 ABŞ dolları məbləğində aliment borcu olub. Klub rəhbərliyinin xahişlərinə baxmayaraq, məhkəmə icraçıları borcluya vaxt vermək istəməyiblər. Nəticədə hücum xətti zəifləyən "İroni" vacib qələbəni əldən verib. İsrail milli çempionatının I liqasının oyunu 0:0 hesabı ilə yekunlaşıb.

O.M.