Madonnanın eks əri Devid Bekhemi alt paltarında çəkdi

Madonnanın eks əri Devid Bekhemi alt paltarında çəkdi

6 Fevral 2013 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
"H&M" reklam çarxının dünya premyerası sabah keçiriləcək

Məşhur futbolçu Devid Bekhem "H&M" geyim brendinin reklamına çəkilib. "Bodywear" alt geyimlərinin reklamı tanınmış rejissor, Madonnanın keçmiş həyat yoldaşı Qay Riçidir. Reklamda Devid Bekhkem ilk dəfə kəskin süjetli filmin qəhrəmanı rolunda çıxış edir. Məzəli reklamda Devid Bekhem Beverli-Hilz küçələrində və bağlarında gəzir, özü də bu zaman onun əynində yalnız eksklüziv kolleksiyadan olan alt paltarları var. Futbolçu praktik alt paltarları ilə yanaşı, həmçinin məxsusi olaraq, "Müqəddəs Valentin Günü"nə həsr olunmuş və üzərində qırmızı və mavi elementlər olan alt paltarları da reklam edir.

Rejissor Qay Riçi Devid Bekhemin öz rolunun öhdəsindən uğurla gəldiyini, sanki reklamda deyil, qısametrajlı filmdə çəkildiyini deyib. Devid Bekhem isə çəkilişlərin də reklamın özü kimi əyləncəli keçdiyini bildirib. Qeyd edək ki, ingilis futbolunun ulduzu ilə "H&M" reklam çarxının dünya premyerası sabah keçiriləcək.

O.M.