Azərbaycan milli komandasında yeni baş məşqçi

Azərbaycan milli komandasında yeni baş məşqçi

5 Fevral 2013 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçi vəzifəsinə namizədlərdən biri kimi Patrisia Qonzaleslə aparılan danışıqlar müsbət nəticələnib. Oxumeni.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçi vəzifəsi Qonzalesə həvalə olunub. Hazırda ölkəmizdə olan məşqçi artıq vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və PRO məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitetini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışıb.

O.M.