Güləşçilərimiz medallarla qayıdırlar

Güləşçilərimiz medallarla qayıdırlar

4 Fevral 2013 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan idmançıları İstanbulda 12 ölkədən 120 güləşçinin iştirakı ilə keçirilən 31-ci Beynəlxalq Vəhbi Əmrə yunan-Roma güləşi turnirində 1 qızıl və 2 bürünc medal qazanıb. Turnirin ilk günü 66 kiloqram çəki dərəcəsində iranlı Məhəmməd Kərimini məğlub edən azərbaycanlı Rəsul Çunayev qızıl medala sahib olub. Həmin çəki dərəcəsində ölkəmizi təmsil edən Vitali Rəhimov turniri bürünc medalla başa vurub. Digər güləşçimiz – 74 kiloqram çəki dərəcəsində yarışan Niyaməddin İbrahimov Rusiya Federasiyasını təmsil edən Qarik Babayanı məğlub edərək bürünc medala sahib olmuşdur. Turnirdə komanda hesabında Türkiyə birinci, Rusiya Federasiyası isə ikinci yeri tutub. Azərbaycan yığma komandası turniri beşinci yerdə başa vurub. Görüşlərin idarə olunmasında həmyerlimiz beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil edib.

O.M.