III Fatih Terim dövrü başlayır

III Fatih Terim dövrü başlayır

3 May 2011 09:57
Bəyəndim (0) Bəyənmədim (0)


Qalatasarayda yenidən Fatih Terim dövrü başlaya bilər. Belə ki, Türkiyə çempionatında aldığı ağır məğlubiyyətlərdən sonra klub rəhbərləri yeni baş məşqçi axtarışına çıxmışdı.


Qeyd edək ki, kluba yeni rəhbər seçimləri də davam edir. Hamı məhkəmədən gələcək xəbəri gözləyir. Qalatasaray klub prezidentliyinə namizəd Ünal Aysal Fatih Terimlə çətin də olsa razılığa gəldiklərini açıqlayıb.


Beləliklə, bu, baş məşqçinin Qalatasaraydakı üçüncü "imperatorluq" dönəmi olacaq. Klub rəhbərləri Fatih Terimə rəqəm qoyulmamış çek və istənilən futbolçunu almaq imkanı veriblər.


Batan gəmiyə kapitan olmaq çətin olduğu qədər də təhlükəlidir...


Elvin Babayev


O.M.