Üçqat dünya çempionu nə danışa bilir, nə də kimisə tanıyır...

Üçqat dünya çempionu nə danışa bilir, nə də kimisə tanıyır...

4 Fevral 2013 09:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Boksun atası" Məhəmməd Əli ölüm ayağındadır

Məşhur boksçu, üçqat dünya çempionu Məhəmməd Əli ölümcül xəstədir. Oxumeni.az-ın məlumatına görə, bunu "Daily Mail"ə boksçunun qardaşı Rəhman Əli bildirib. Onun sözlərinə görə, Məhəmməd Əli heç kimi tanımır və danışa bilmir. Məhəmməd Əli "Parkinson" xəstəliyindən əziyyət çəkir. Qardaşı deyib ki, onun yanına qohumlarını və yaxınlarını buraxmırlar. Rəhman Əli buna görə, qardaşının həyat yoldaşı Lonnini günahlandırıb. Rəhman Əli qardaşının yayadək yaşayaca biləcəyinə şübhə etdiyini bildirib. Onun sözlərinə görə, Məhəmməd Əli hər an dünyasını dəyişə bilər. Qeyd edək ki, 71 yaşlı çempion 1984-cü ildən "Parkinson" xəstəliyindən əziyyət çəksə də, o, ötən yay London Olimpiadasının açılış mərasimində iştirak etmişdi.

O.M.