Devid Bekhem bundan sonra qazancını yardıma möhtac uşaqlara bağışlayacaq

Devid Bekhem bundan sonra qazancını yardıma möhtac uşaqlara bağışlayacaq

1 Fevral 2013 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli futbolçu Devid Bekhem yeni komandası olan Parisin "Saint-Germain" klubu ilə müqavilə imzalayıb. Məlumata görə, oyunçu müqavilə imzalayarkən örnək davranış nümayiş etdirib. Belə ki, Bekhem Fransa klubundan qazanacağı pulu uşaqlar üçün işləyən yardım qurumlarına bağışlayacağını deyib. "Parisi seçməyimin səbəblərindən biri çox özəldir. Buradan pul qazanmayacağam. Uşaqlara və yardım dərnəklərinə olan bağlılığımı bilirsiniz. Klubda mənimlə eyni düşüncədədir. Daha öncə buna bənzər heç bir şeyin olmadığını düşünürəm".

O.M.