Bolqarıstana səfər edəcək millinin heyəti açıqlandı

Bolqarıstana səfər edəcək millinin heyəti açıqlandı

2 May 2011 14:38
Bəyəndim (0) Bəyənmədim (0)


Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək sambo üzrə Avropa çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamız mayın 12-16-da keçiriləcək yarışda baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında 9 idmançı ilə təmsil olunacaq. Belə ki, Bolqarıstanda Azərbaycanın idman şərəfini Ağasif Səmədov (52 kq), İslam Qasımov (57 kq), Cavidan Qarayev (62 kq), Namiq Sultanov (68 kq), Samir Kərimov (74 kq), Elməddin Əhmədov (82 kq) və Asif Fətəlibəyov (90 kq) qoruyacaqlar. Döyüş sambosu üzrə yarışlarda isə Qasım Rəcəbov (68 kq) və Bəxtiyar Abbasov (90 kq) qüvvələrini sınayacaqlar. Qeyd edək ki, yarış ərəfəsində Avropa Sambo Federasiyasının konqresi də baş tutacaq. Bunun üçün səfərə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da yollanacaq. Cabir İsmayılov isə Sofiyaya ədalət təmsilçisi kimi gedəcək.


Sambo ruscadan tərcümədə "silahsız özünümüdafiə" (Самооборона без оружия) deməkdir. Ən gözəl müdafiə, ən tutarlı silah isə hücumdur.


Könül Aypara


O.M.