Qalatasaray komandası sələmə pul götürübmüş

Qalatasaray komandası sələmə pul götürübmüş

4 Aprel 2011 14:39
Bəyəndim (0) Bəyənmədim (0)
Türk futbolunun gerçəkliyi

"Qalatasaray" və "Beşiktaş" 50 milyon avronu aşan transfer xərcləmələrinə baxmayaraq, liqa tarixinin ən pis dövrlərini yaşamaqdadırlar. Bəs görəsən, bu qədər pulla mükafatlar niyə əldən gedir? Bu günlərdə Türkiyə futbol dünyası bu suala doğru-düzgün cavab tapa bilmir. Mövzu ilə bağlı "TRT Türk"də yayımlanan "Futbol hər şeydir" adlı proqrama qonaq qismində qatılan Hasan Şaş tarixə düşəcək maraqlı bir detalı açıqladı: "Pul hər şey demək deyil. Bəli, "UEFA" kubokunu almağımız qıraqdan asan görünə bilər. Amma içəridə biz nələr çəkdik - bunu bir Allah bilir, bir də özümüz. Pulumuz çatmadı, sələmçilərə üz tutduq. Onlardan sələmə pul götürüb, çempion olduq!"

O.M.