İnanılmaz hadisə - 1.5 yaşlı  transfer

İnanılmaz hadisə - 1.5 yaşlı transfer

29 Aprel 2011 11:20
1 104
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiya bir futbol komandası ilə 10 illik razılaşma imzalayan 1,5 yaşlı Baerke van der Meijidən danışır.

18 aylıq olan Baerke van der Meiji gənclik illərində babasının formasını geydiyi Venlo şəhərinin komandası "Venlose Voetbal Verenigde"lə əməkdaşlıq etməyə hazırlaşır. Komanda kiçik ulduzu üçün "De Koelye" stadionunda simvolik bir imza mərasimi təşkil etdi və 10 illik müqavilə imzaladı. Minik ulduz üçün klubdan verilən şərhdə, "Kiçik futbol ulduzu Baerkenin mövqeyinə hələ qərar verilməyib. Amma Baerke çox yaxşı vuruş texnikasına malikdir, əzmli bir sağ ayaq oyunçusudur. Ən əhəmiyyətlisi isə futbol genini böyük babasından almış olmasıdır", - deyilir. Balacanın atası Corqun "YouTube"a yerləşdirdiyi videoda Baerke van der Meiji üç topu oyuncaq qutusuna tək vuruşda salır. Ulduz namizədinin transfer xəbəri beynəlxalq mətbuatda da geniş yer alıb. Baerke van der Meijin transferi dünyanın qabaqcıl idman kanallarından "ESPN"in internet saytında da yer alıb.


Təəssüf ki, bizim futbolçularımız karyeralarının sonuna qədər heç bir komandaya lazım olmurlar...


Günel Həbib


O.M.