60 min tərəfdar hakimə hücum etdi

60 min tərəfdar hakimə hücum etdi

4 Aprel 2011 12:30
892
Bəyəndim (0) Bəyənmədim (0)
Misirdə növbəti olay


Xalq üsyanlarının davam etdiyi Misirdə yenə dəhşətli bir olay yaşandı. Belə ki, "Zamalek"lə Tunis futbol klubu "Club Africain" arasında matç keçirilirdi. Afrika Çempionlar liqasının dörddəbir final matçında 60 min fan sahəyə girdi və hakimin üstünə hücum çəkdi. Onların əsas gətirdikləri səbəb hesab 1-1 ikən hakimin "Zamalek"in qolunu ofsayt səbəbiylə etibarlı saymaması oldu. Bu qərara olduqca qəzəblənən 60 min futbolsever qarşılaşmanın son dəqiqəsində sahəyə endi və həm hakimə, həm də rəqib oyunçulara hücum etdi. Polis tərəfdaşları çətinliklə sakitləşdirə bildi.

O.M.