Qolun adı "Messi"

Qolun adı "Messi"

28 Aprel 2011 09:37
993
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün axşam yaşanan derbidə gülən tərəf yenə də Barselona oldu. Oyunun qəhrəmanı isə həmişəki kimi Messi idi.


Oyun Barselona klubunun tam üstünlüyü ilə keçib. İlk hissədə topun saxlanmasına görə Barselona 71%, Real Madrid isə 29% göstəricilərə malik olub.


İlk hissədə hesab açılmasa da, ikinci hissədə gülən tərəf Barselona azarkeşləri oldu. Belə ki, cərimə meydançasından qüvvətli zərbə ilə Messi topu Kasiliasın qoruduğu qapıdan keçirdi 0:1.


Az sonra, özünə gəlməyən "kral" klubu yenə də qapısında qol gördü 0:2. Oyunun nəticəsini də elə bu qol müəyyənləşdirdi. Real Madrid öz meydanında Barselonaya 0:2 hesabı ilə məğlub oldu. Bununla da Barselona keçən həftə liqadakı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxıb.


Öz meydanında 2 top buraxdığı üçün Real Madridi topa qoyub atacaqlar.


Elvin Babayev


O.M.