“Qarabağ”  27 yaşlı hücumameylli yarımmüdafiəçisi Marko Yankoviçi transfer edir

“Qarabağ” 27 yaşlı hücumameylli yarımmüdafiəçisi Marko Yankoviçi transfer edir

20 İyun 2022 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağ” bu yay ilk transferini həyata keçirməyə hazırlaşır.

Oxuməni.az xəbər verir ki, Ağdam klubu Monteneqro millisinin 27 yaşlı hücumameylli yarımmüdafiəçisi Marko Yankoviçlə müqavilə imzalayacaq. Artıq futbolçunun adı bu gün Avstriyaya təlim-məşq toplanışına gedən komandanın siyahısına da daxil edilib. Bugünlərdə isə o, “Qarabağ”ın təlim-məşq toplanışına qoşulacaq və rəsmi müqavilə imzalanacaq. Həm futbolçu, həm də onun son klubu olan İsrail “Hapoel”i (Tel-Əviv) ilə tam razılıq əldə olunub. Bu transfer üçün “Qarabağ”ın qarşı tərəfə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.

Xatırladaq ki, M.Yankoviç bu yay "Qarabağ"ın ikinci transferi olacaq. Bugünlərdə Ağdam klubu komandada icarə əsasında çıxış edən qapıçı Luka Quqeşaşvilini "Yagelonniya"dan (Polşa) birdəfəlik transfer edib. qol.az