Azərbaycanlı xanım marşallar dünyaca məşhur “Sky Sports”-un canlı efirində

Azərbaycanlı xanım marşallar dünyaca məşhur “Sky Sports”-un canlı efirində

14 İyun 2022 17:46
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın dünyaca məşhur “Sky Sports” televiziya kanalı azərbaycanlı marşal xanımlardan bəhs edən canlı reportaj hazırlayıb.

Oxuməni.az xəbər verir ki, ilk dəfə olaraq tam heyəti qadın marşallardan ibarət post Bakı halqasını Formula 1 çempionatında növbəti dəfə fərqləndirdi. Adətən kişi marşalların üstünlük təşkil etdiyi Qran Prilərdən fərqli olaraq Bakı trekində xanım marşalların sayca çoxluğu və xüsusi fəallığı “Sky Sports”un diqqətindən yayınmayıb.

Bakı Şəhər Halqasının 16-cı döngəsində xanımlardan müsahibə alan britaniyalı aparıcı Kreq Sleyter təəssüratını bölüşüb: “Azərbaycanlı xanımların avtoidmana olan həvəsi və təşəbbüsü məni həqiqətən heyrətləndirdi”.

Xanım marşallar öz karyeralarında uğurlu olmaqla barəbər, marşal kimi öz vəzifələrinin öhdəsindən gəlməyi və yarışı idarə etməyi də peşəkar şəkildə bacarırlar. Qeyd edək ki, bu ilki yarışa ümumilikdə 1400 marşal cəlb olunmuşdur.