Türkiyəli pilot Cem Bölükbaşı: İlk dəfə Formula 2 bolidlərini Bakıda görmüşdüm

Türkiyəli pilot Cem Bölükbaşı: İlk dəfə Formula 2 bolidlərini Bakıda görmüşdüm

12 İyun 2022 20:22
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ildə F-1 Esports pilotu olaraq ilk dəfə Bakıya gəlmişdim. Formula 2 bolidlərini burda görmüşdüm və o vaxtdan bəri F-2-də yarışmaq arzusu məni tərk etməyib. Dörd il sonra yenidən Bakıdayam, amma bu dəfə F-2-də yarışmaq üçün. Mən xəyalımı yaşayıram.

Oxuməni.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 2 yarışında mübarizə aparan ilk türk pilot Cem Bölükbaşı deyib.

C.Bölükbaşının Bakı trekində yarışması həm yerli media, həm də Formula azarkeşləri arasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, karyerasına kartinqlə başlayan C.Bölükbaşı müxtəlif dünya səviyyəli traslarda yarışıb və daha sonradan virtual yarışlara maraq göstərərək bu sahədə kifayət qədər uğur qazanıb. O, 2017-ci Əbu-Dabidə rəsmi Formula 1 Esports yarışlarında dünya beşincisi, 2018-ci ildə "Red Bull Toro Rosso" komandasının heyətində dünya ikincisi adına layiq görülüb. Hazırda C.Bölükbaşı “Charouz Racing System” komandasının pilotu kimi Formula 2-də mübarizə aparır.