"Formula 1": Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq

"Formula 1": Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq

13 May 2022 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Oxuməni.az-a verilən məlumata görə, bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunub. Hərəkət gecə saat 04:00-dan bərpa olunacaq.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edib.