Kərim Benzema Çempionlar Liqasında ingilislərin qəniminə çevrilib

Kərim Benzema Çempionlar Liqasında ingilislərin qəniminə çevrilib

27 Aprel 2022 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Oxuməni.az xəbər verir ki, 35 yaşlı hücumçu buna İngiltərədə "Mançester Siti"yə 3:4 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.

Fransalı forvard bir mövsüm səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. Benzema daha əvvəl İngiltərənin digər təmsilçisi "Çelsi"yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda "het-trik" etmişdi.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm Madrid təmsilçisinin heyətində 41 oyuna 41 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Real Madrid" və "Mançester Siti" komandaları arasındakı cavab görüşü mayın 4-də olacaq.