Ronaldo: "Mançester Yunayted"də xoşbəxt deyiləm

Ronaldo: "Mançester Yunayted"də xoşbəxt deyiləm

2 Yanvar 2022 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kristiano Ronaldo "Mançester Yunayted"dakı karyerasında xoşbəxt olmadığını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, futbolçu bu barədə İnstaqram hesabında paylaşıb.

"Bütün yarışlarda 47 qol vursam da, bu il bizim üçün asan olmadı. “Yuventus”da İtaliya kubokunu və İtaliya Superkubokunu qazandım. A Seriyasında bombardir oldum. Portuqaliya üçün Avropanın bombardiri oldum. Bütün bu uğurlar məni həmişə xoşbəxt etdi. Əlbəttə ki, "Old Trafford"a qayıtmaq həmişə karyeramın ən əlamətdar anlarından biri olacaq. Amma “Yunayted”də gördüyümüz işdən razı deyiləm. Heç birimiz xoşbəxt deyilik, bu dəqiqdir. Biz bilirik ki, daha çox çalışmalı, daha yaxşı oynamalı və hazırda təqdim etdiyimizdən daha çox şey verməliyik", - Ronaldo qeyd edib.