Həbib Nurməhəmmədov Azərbaycana sevgisini ortaya qoydu: Çox yaxşı insanlardır

Həbib Nurməhəmmədov Azərbaycana sevgisini ortaya qoydu: Çox yaxşı insanlardır

15 Dekabr 2021 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov və onun komandası “Fitroo” brendilə əməkdaşlığa həsr olunmuş mətbuat konfransı keçirib. Müvafiq video idmançının “YouTube” kanalında yayımlanıb.

Oxuməni.az xəbər verir ki, məşhur döyüşçü tədbir zamanı Azərbaycan və azərbaycanlı həmkarları barədə də danışıb.

Nurməhəmmədov həmyerlimiz Nəriman Abbasovun potensialını yüksək qiymətləndirib və onun UFC çempionatında rahatlıqla mübarizə apara biləcəyini söyləyib.

“Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır”,- deyə Həbib təəccüblənib.

Məğlubedilməz döyüşçü Azərbaycandan təklif alacağı təqdirdə böyük məmnuniyyətlə ölkəmizdə birgə layihələr həyata keçirəcəyini bildirib.

“Bakıda bir neçə dəfə olmuşam. Tarixi və sürətlə inkişaf edən bir şəhərdir. Mətbəxi xüsusilə qeyd etmək istərdim. Fəaliyyətdə olan idmançı orada çox qalmamalıdır. Elə yedizdirəcəklər ki, dərhal 3-4 kq artıq çəki alacaqsan. Çox yaxşı insanlardır. Bizim qonşularımızdır. Ömür boyu birlikdə yaşamışıq”, - deyə Nurməhəmmədov vurğulayıb.