Ardanın İspaniya bileti tək nəfərlikdirmi?

Ardanın İspaniya bileti tək nəfərlikdirmi?

26 Aprel 2011 19:28
Bəyəndim (0) Bəyənmədim (0)

Sinem Kobal ilə Arda Turan arasında ev böhranı yaşandı!


Arda Turan sezon sonunda "Qalatasaray"dan ayrılaraq "Atletiko" komandasına transfer olacağı xəbərləri ilə gündəmdədir. "Akşam" qəzetinin xəbərinə görə, futbolçu dəqiq rəsmi açıqlama olmasa da, artıq İspaniyada ev axtarmağa başlayıb. Onun bu fikri isə sevgilisi - aktrisa Sinem Kobalın heç xoşuna gəlməyib. "Qalacağımız evi birlikdə seçməliyik. Necə mənim fikrimi soruşmazsan? Orada tək qalacaqsan məgər?" - deyən gözəl aktrisanın, "Birlikdə gedib ev tapacağıq!" - şəklində sərt danışdığı öyrənildi.


Sinem Kobal Arda Turanın "Atletiko" keçidi ilə əlaqədar olaraq açıqlama verib: "Xaricə transferi reallaşsa, bircə onu bilirəm ki, əlaqəmiz zədələnməyəcək".

Xanımların qəlbi ilə oynamaq topla oynamaq qədər asan iş deyil.


Günel Həbib


O.M.