Qadın futbolçular hicabla oynaya biləcəklər

Qadın futbolçular hicabla oynaya biləcəklər

6 İyul 2012 14:37
693
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA indən belə qadın futbolçularının baş örtüyündə çıxış etmələrinə icazə verib. Beynəlxalq futbol təşkilatının iclasından sonra jurnalistlərə məlumat verilib ki, futbol qaydalarını dəyişmək üzrə səlahiyyətli orqan FİFA-nın tibbi komitəsinin təklifi ilə yeniliyi qəbul edib. Baş örtükləri iki formada olacaq. Onların dizaynı heç bir dini təbliğ etməməklə bərabər, sağlamlıq üçün təhlükəsiz olacaq.

Bununla FİFA 2007-ci ilə qədər qüvvədə olan hicablı idman geyiminin tətbiqinə icazə vermiş oldu.

O.M.