Çempionlar Liqası: Daha 5 komanda 1/8 finalda

Çempionlar Liqası: Daha 5 komanda 1/8 finalda

25 Noyabr 09:11
75
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, bununla da 1/8 finalın daha 5 iştirakçısı müəyyən olub.

"Mançester Siti", PSJ, "Sportinq", "Real Madrid" və "İnter" Çempionlar Liqasında növbəti mərhələyə adlayıblar.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

V tur

A qrupu

00:00. "Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya) - 0:5

Qollar: Kristofer Nkunku, 12; 90+3. Emil Forsberq, 17 (pen.); 45+1. Andre Silva, 26

00:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:1

Qollar: Rahim Sterlinq, 63. Qabriel Jezus, 76 - Kilian Mbappe, 50

B qrupu

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) - 0:1

Qol: Junior Messias, 87

00:00. "Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya) - 2:0

Qollar: Tyaqo Alkantara, 52. Məhəmməd Salah, 70

C qrupu

"Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland) - 1:2

Qollar: Raşid Gezzal, 22 (pen). - Sebastyen Allye, 54; 69

"Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1

Qollar: Pedru Qonsalveş, 30; 39. Pedro Porro, 81 - Doniel Molen, 90+3

Qırmızı vərəqə: Emre Can, 74 ("Borussiya")

D qrupu

"İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0

Qollar: Edin Ceko, 61; 67

"Şerif" (Moldova) - "Real Madrid" (İspaniya) - 0:3

Qollar: David Alaba, 30. Toni Kroos, 45+1. Kərim Benzema, 55