“Xəzər Lənkəran” avrokuboklarda 11-ci oyununu keçirməyə hazırlaşır

“Xəzər Lənkəran” avrokuboklarda 11-ci oyununu keçirməyə hazırlaşır

5 İyul 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Xəzər Lənkəran" 8 illik tarixində avrokuboklarda 11-ci oyununu keçirəcək. Apasport.az-ın məlumatına görə, cənub klubu qitə miqyaslı turnirdə ilk qələbəsini qazanmağa çalışacaq. Belə ki, arxada qalan 10 oyuna buna nail olmayaraq, mərhələ keçə bilməyən lənkəranlılar tilsimi qırmalıdır. Rəqib avrokuboklar təcrübəsi az olan Estoniyanın "Nomme Kalyu"dur və çoxdan gözlənilən doğma azarkeşlər qarşısında reallaşdırmaq imkanı qazanıb. Komanda bunadək Lənkəranda keçirdiyi 2 oyunun hər ikisində heç-heçə edib. Bunlar Moldovanın "Olimpiya" klubu ilə 1:1, İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə qolsuz bərabərlikdir. Həmin matçlar cavab oyunu olduğundan, "Xəzər Lənkəran" ilk dəfə avrokuboklarda birinci görüşünü doğma stadionda keçirəcək.

O.M.