Avropa Liqası: "Fənərbağça" və "Bayer"dən qələbə, "Latsio" və "Lester" heç-heçə edib

Avropa Liqası: "Fənərbağça" və "Bayer"dən qələbə, "Latsio" və "Lester" heç-heçə edib

5 Noyabr 2021 09:07
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Avropa Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

Oxuməni.az-ın məlumatına görə, son olaraq 6 qrupda 8 qarşılaşma oynanılıb.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" Belçikada "Antverpen"in qonağı olub. Rəqibini 3:0 hesabı ilə üstələyən İstanbul təmsilçisi ilk qələbəsini qazanıb.

C qrupunda "Lester" İngiltərədə Rusiyanın "Spartak" (Moskva) klubunu qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

İtaliya "Latsio"su isə Fransada "Marsel"lə üz-üzə gəlib. 4 qolun qeydə alındığı oyunda tərəflər bir xalla kifayətlənməli olub.

C qrupu
21:45. "Legiya" (Polşa) - "Napoli" (İtaliya) - 1:4

00:00. "Lester" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya) - 1:1

Xal durumu: "Napoli" - 7, "Legiya" - 6, "Lester" - 5, "Spartak" - 4.

D qrupu
21:45. "Olimpiakos" (Yunanıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:2

00:00. "Antverpen" (Belçika) - "Fənərbağça" (Türkiyə) - 0:3

Xal durumu: "Ayntraxt" - 10, "Olimpiakos" - 6, "Fənərbağça" - 5 , "Antverpen" - 1

E qrupu
21:45. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:1

00:00. "Marsel" (Fransa) - "Latsio" (İtaliya) - 2:2

Xal durumu: "Qalatasaray" - 8, "Latsio" - 5, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu
00:00. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Midtüllan" (Danimarka) - 0:1

00:00. "Braqa" (Portuqaliya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 4:2

Xal durumu: "Braqa" - 9, "Srvena Zvezda" - 7, "Midtüllan" - 5, "Lüdoqorets" - 1.

G qrupu
00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Betis" (İspaniya) - 4:0

00:00. "Ferentsvaroş" (Macarıstan) - "Seltik" (Şotlandiya) - 2:3

Xal durumu: "Bayer" - 10, "Betis" - 7, "Seltik" - 6 "Ferentsvaroş" - 0

H qrupu
21:45. "Genk" (Belçika) - "Vest Hem" (İngiltərə) - 2:2

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Rapid" (Vyana, Avstriya) - 3:1

Xal durumu: "Vest Hem" - 10, "Dinamo" - 6, "Genk" - 4, "Rapid" - 3