Türkiyə millisindən vacib qələbə, Almaniya dünya çempionatına vəsiqə qazanıb

Türkiyə millisindən vacib qələbə, Almaniya dünya çempionatına vəsiqə qazanıb

12 Oktyabr 2021 06:45
Bəyəndim (0) Bəyənmədim (0)

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura start verilib.

Oxuməni.az-ın məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib. E qrupunda Estoniya evdə Uelsə, Belarus isə Çexiyaya uduzub.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olub. Görüş "ay-ulduzlular"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər 3 qolu türkiyəli futbolçular vurublar. 70-ci dəqiqədə Merih Demiral avtoqol müəllifi olub. 6 dəqiqə sonra Serdar Dursun tarazlığı bərpa edib.

Matçın sonları olduqca dramatik alınıb. Cərimə meydançasında Burak Yılmaza qarşı kobudluqdan sonra türkiyəli oyunçular penalti tələb ediblər. Görüşün baş hakimi Andreas Ekberq əvvəlcə oyunu davam etdirsə də, sonradan VAR-a müraciət edib. Epizodu yenidən izləyən isveçrli referi meydan sahiblərinin qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Yılmaz dəqiq zərbə ilə komandasına vacib qələbə qazandırıb.Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib, 2-ci yerdə gedən Norveç isə Monteneqroya qalib gəlib.

H qrupunda Xorvatiya Slovakiya ilə bacarmayıb, Sloveniya evdə Rusiyaya məğlub olub, Kipr - Malta matçında isə qalib müəyyənləşməyib.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması səbəb olub.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda 1-ci yeri tutan komandalar qazanacaqlar. 2-ci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.

DÇ-2022, seçmə mərhələ
VIII tur
11 oktyabr

E qrupu

22:45. Belarus - Çexiya - 0:2

Qollar: Patrik Şik, 22, Adam Qlojek, 65

22:45. Estoniya - Uels - 0:1

Qol: Kiffer Mur, 12

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).

G qrupu

22:45. Latviya - Türkiyə - 1:2

Qollar: Merih Demiral, 70 (avtoqol) - Serdar Dursun, 76, Burak Yılmaz, 90+9 (penalti)

22:45. Niderland - Cəbəllütariq - 6:0

Qollar: Vircil van Deyk, 9, Memfis Depay, 21; 45+3 (penalti), Denzel Dumfris, 48, Arno Dancuma, 75, Doniel Malen, 86

22:45. Norveç - Monteneqro - 2:0

Qollar: Məhəmməd Elyunussi, 29; 90+6

Qırmızı vərəqə: Marko Veşoviç, 90+4 (Monteneqro)

Xal durumu: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

H qrupu

20:00. Kipr - Malta - 2:2

Qollar: Fotis Papulis, 7, Pieros Sotiriu, 80 - Zak Muskat, 53, Yurgen Deqabriele, 90+8

22:45. Sloveniya - Rusiya - 1:2

Qollar: Yosip İliçiç, 40 - İqor Diveyev, 28, Georgi Cikiya, 32

22:45. Xorvatiya - Slovakiya - 2:2

Qollar: Andrey Kramariç, 25, Luka Modriç, 71 - İvan Şrants, 20, Lukaş Qaraslin, 45

Xal durumu: Rusiya - 19, Xorvatiya - 17, Slovakiya - 10, Sloveniya - 10, Malta - 5, Kipr - 5.

J qrupu

22:45. Şimali Makedoniya - Almaniya - 0:4

Qollar: Kay Haverts, 50, Timo Verner, 70; 73, Camal Musiala, 86

22:45. Rumıniya - Ermənistan - 1:0

Qol: Yonuts Mitritse, 26

22:45. İslandiya - Lixtenşteyn - 4:0

Qollar: Stefan-Teytür Tordarson, 19, Albert Qvüdmündsson, 35 (penalti), 79 (penalti), Andri Qudyonsen, 89

Qırmızı vərəqə: Martin Markser, 65 (İslandiya)

Xal durumu: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn - 1.