Fransa UEFA Millətlər Liqasının qalibi olub

Fransa UEFA Millətlər Liqasının qalibi olub

11 Oktyabr 2021 06:58
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.

Oxuməni.az-ın məlumatına görə, İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik, 80-ci dəqiqədə isə Kilian Mbappe qələbə topunu vurub.

Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib adını 2019-cu ildə Portuqaliya qazanıb.

Qeyd edək ki, 3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub.

UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib.

Son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib. Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub.

Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.