M.Balotelli T.Mottanı “Braziliyalı satqın” adlandırdı

M.Balotelli T.Mottanı “Braziliyalı satqın” adlandırdı

2 İyul 2012 22:39
Bəyəndim (0) Bəyənmədim (0)
İtaliyanın 21 yaşlı hücumçusu Mario Balotellinin qiyməti 250 milyon avrodur

İtaliyanın 21 yaşlı hücumçusu Mario Balotelliyə 250 milyon avro qiymət qoyulub. Eurosport.ru-nun məlumatına görə, bu barədə futbolçunun agenti Mino Rayola məlumat verib: ""Balotelli neçəyədir" sualının cavabını belə verərdim. Onun cəmi 21 yaşı var. Dünyanın ən güclü hücumçularından biri olmağa potensialı böyükdür. Məhz bu amil indiki bazara lazımdır. Konkret qiymətə gəldikdə isə, mən 250 milyon avro rəqəmini deyərdim".

Sport.it-in məlumatına görə, dünənki final matçından sonra italiyalı hücumçu olduqca əsəbi görünürdü. O, hətta baş məşqçi Çezare Prandellinin əlini itələyərək soyunma otağına qaçmışdı. Orada bir qədər ağlayıb ürəyini boşaltdıqdan sonra meydana qayıtdı və mükafatlandırma mərasimində könülsüz iştirak etdi. Lakin insident bununla bitmədi. "Mançester Siti"nin və İtaliya yığmasının gənc forvardı mərasimdən sonra da bir müddət özünə gələ bilmədi. O, soyunma otağında oyunun anti-qəhrəmanı olan braziliyalı Tiaqu Mottanın üstünə düşdü. Onu "Braziliyalı satqın" adlandırdı. Otaqda qısa müddət ərzində gərginlik yaşandı. Yalnız komandanın 34 yaşlı qolkiperi və kapitanı Canluici Buffonun müdaxiləsindən sonra gərginlik sovuşdu.

Xatırladaq ki, Mario Balotelli "Euro-2012 FÇ"-nın ən aqressiv futbolçusu kimi tarixə düşüb...

Murad Şahməmmədov

O.M.