Daniele de Rossi: “İspaniya ilə 10 oyun oynasan belə, 7-sini, 8-ini mütləq uduzmalısan”

Daniele de Rossi: “İspaniya ilə 10 oyun oynasan belə, 7-sini, 8-ini mütləq uduzmalısan”

2 İyul 2012 12:12
Bəyəndim (0) Bəyənmədim (0)
“Axırıncı 2 qol olmaya bilərdi. Bu, nəyi dəyişdirəcəkdi ki?”

İtaliya millisinin yarımmüdafiəçisi Daniele de Rossi "Euro-2012 FÇ"-də 0:4 hesablı məğlubiyyəti qanunauyğun adlandırıb. O, rəqibin dünyada ən güclü komanda olduğunu bildirərək deyib: "İspaniya hamıdan güclüdür. Onunla 10 oyun oynasan belə, 7-sini, 8-ini mütləq uduzmalısan. Bu komandanı udmaq və ya onunla heç-heçə oynamaq üçün hər şey sənin xeyrinə olmalıdır. Qdanskda qrup oyunları çərçivəsində biz onları udmağı bacarardıq və heç kim bunun təsadüf olduğunu deyə bilməzdi. Bu gün isə biz İspaniyaya zərrə qədər də olsun narahatlıq yarada bilmədik. Biz 100 faiz hazırlıqlı olmadan çox güclü komanda ilə görüşdük. Həddən artıq yorğunluğumuz öz sözünü demiş oldu. Oyundan əvvəl biz əmin idik ki, İspaniyanı yenə bilərik, lakin əməldə onu narahat belə edə bilmədik. 60-cı dəqiqədə artıq oyun həll olunmuşdu. İspaniya kimi komanda ilə oynayanda diqqəti əldən vermək qətiyyən olmaz. Biz isə azlıqda qaldıq, bu, lap ağ oldu. Axırıncı 2 qol olmaya bilərdi. Bu, nəyi dəyişdirəcəkdi ki?"

O.M.