Mahir Emreli növbəti qolunu vurub, komandası uduzub-Video

Mahir Emreli növbəti qolunu vurub, komandası uduzub-Video

26 Sentyabr 2021 06:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandası Polşa çempionatında növbəti oyununa çıxıb.

Oxuməni.az-ın məlumatına görə, Varşava təmsilçisi IX turda "Rakuv"u qəbul edib.

Qarşılaşma "Legiya"nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matça start heyətdə başlayan Emreli 33-cü dəqiqədə komandasının ilk qoluna imza atıb və sonadək meydanda olub.

Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən paytaxt klubu hazırda 7 görüşdən sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.