Avropa Liqası: "Fənərbağça"dan heç-heçə, "Napoli" məğlubiyyətdən qaçıb

Avropa Liqası: "Fənərbağça"dan heç-heçə, "Napoli" məğlubiyyətdən qaçıb

17 Sentyabr 06:27
141
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Avropa Liqasının qrup mərhələsində I tura yekun vurulub.

Oxuməni.az-ın məlumatına görə, son olaraq A, B, C və D qruplarında 7 görüş oynanılıb.

Türkiyə təmsilçisi "Fənərbağça" Almaniyada "Ayntraxt"la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 10-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Mesut Özil vurub. Lakin meydan sahibləri 41-ci dəqiqədə Sam Lammerslə tarazlığı bərpa ediblər. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə "Fənərbağça"nın heyətində Dmitrios Pelkas penaltidən yararlana bilməyib. Ardınca qonaqların hücumçusu Mergim Berişa hesabı komandasının xeyrinə dəyişsə də, baş hakim qolu hesaba almayıb.

C qrupunda İngiltərənin "Lester Siti" klubu İtaliya "Napoli"si ilə ev matçında qələbəni əldən verib - 2:2.

A qrupu

"Bröndbü" (Danimarka) - "Sparta" (Praqa, Çexiya) - 0:0

"Reyncers" (Şotlandiya) - "Lion" (Fransa) - 0:2

B qrupu

."Monako" (Fransa) - "Şturm" (Qrats, Avstriya) - 1:0

PSV (Eyndhoven, Niderland) - "Real Sosyedad" (İspaniya) - 2:2

C qrupu

"Lester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:2

D qrupu

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Fənərbağça" (Türkiyə) - 1:1

23:00. "Olimpiakos" (Yunanıstan) - "Antverpen" (Belçika) - 2:1