Çempionlar Liqası: "Milan" və "İnter" uduzub, "Mançester Siti" 6 qolla qalib gəlib

Çempionlar Liqası: "Milan" və "İnter" uduzub, "Mançester Siti" 6 qolla qalib gəlib

16 Sentyabr 06:19
144
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub.

Oxuməni.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib. A qrupunda "Mançester Siti" "Leyptsiq"i qəbul edib və 6:3 hesablı qələbə qazanıb. Qrupun digər oyununda "Brügge" PSJ-ni qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

C qrupunda "Beşiktaş" "Borussiya"nı (Dortmund) qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:1. Qrupun digər görüşündə Niderland "Ayaks"ı Portuqaliyada "Sportinq"in qonağı olub. Niderland təmsilçisi 5:1 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 1-ci tur

15 sentyabr

A qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 6:3

Qollar: Natan Ake, 16. Nordi Mukiele, 28-avtoqol, Riyad Mahrez, 45+2. Cek Qriliş, 56. Joau Kanselu, 75. Qabriel Jezus, 85 - Kristofer Nkunku, 42; 51; 73

23:00. "Brügge" (Belçika) - PSJ (Fransa) - 1:1

Qollar: Hans Vanaken, 27 - Ander Errera, 15

B qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 0:0

23:00. "Liverpul" (İngiltərə) - "Milan" (İtaliya) - 3:2

Qollar: Fikayo Tomori, 9-avtoqol, Məhəmməd Salah, 49. Cordan Henderson, 69 - Ante Rebiç, 42. Brahim Dias, 44

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2

Qollar: Montero, 90+4 - Bellinqem, 20, Haaland, 45+3

23:00. "Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland) - 1:5

Qollar: Paulinyo, 33 - Sebastyan Alle, 2; 9; 51; 63. Stiven Bergeys, 39

20:45. "Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0D qrupu

Qollar: Traore, 16, Yansane, 62

23:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Rodriqo, 89