Çempionlar Liqası: "Bavariya" və "Yuventus" böyük, "Çelsi" minimal hesabla qalib gəlib

Çempionlar Liqası: "Bavariya" və "Yuventus" böyük, "Çelsi" minimal hesabla qalib gəlib

15 Sentyabr 2021 06:31
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.

Oxuməni.az-ın məlumatına görə, gecənin mərkəzi görüşü İspaniyada "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski vurub.

Kriştianu Ronaldunun qol vurmasına baxmayaraq, hazırkı klubu İngiltərə "Mançester Yunayted"i İsveçrədə "Yanq Boyz"a 1:2 hesabı ilə uduzduğu halda, keçmiş komandası İtaliya "Yuventus"u İsveçdə "Malmö"nü darmadağın edib.

Qitənin ən nüfuzlu klub turnirinin qalibi "Çelsi" İngiltərədə Rusiya "Zenit"ini minimal hesabla yenib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:0

F qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştianu Ronaldu, 13

Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2

Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83

Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)

Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0

Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0

Qol: Romelu Lukaku, 69

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3

Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1

Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.

UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

G qrupunun görüşündə "Sevilya" İspaniyada Avstriya "Zaltsburq"u ilə heç-heçə edib - 1:1. Bu görüşdə hər iki qol penalti ilə vurulub. Qonaq komandadan Luka Suçiç 21-ci, meydan sahiblərindən İvan Rakitiç 42-ci dəqiqədə fərqlənməyi bacarıb. Daha bir penaltini Suçiç 37-ci dəqiqədə qaçırıb.

"Zaltsburq" "Seviya"nın hücumçusu Yussef En-Nesirinin 50-ci dəqiqədə qırmızı vərəqə almasından sonra da qələbə topunu vura bilməyib.

İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı F qrupunun görüşündə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.