Ronaldu: “Mən “Mançester Yunayted”ə dincəlməyə gəlmədim”

Ronaldu: “Mən “Mançester Yunayted”ə dincəlməyə gəlmədim”

10 Sentyabr 2021 06:24
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu kluba qayıdışı barədə fikirlərini paylaşıb.

Bu barədə Oxuməni.az komandanın saytına istinadən xəbər verir.

"Mən bura dincəlməyə gəlmədim. Əvvəl bu klubda hər şey sadəcə əla idi, biz daim mükafatlar qazanırdıq. Mən uzun illər bu futbolkada çıxış etdim. Amma indi bura yenidən qalib gəlmək üçün gəlmişəm", - Ronaldu deyib.

Xatırladaq ki, "Mançester Yunayted" avqustun 27-də Ronaldunun qayıdışını elan edib. KİV-in məlumatına görə, Ronaldunun transferinin məbləği 20 milyon avro təşkil edir. Ronaldu 2003-cü ildən 2009-cu ilə qədər "qırmızı şeytanlar"ın heyətində çıxış edib. O, komandanın heyətində İngiltərə Premyer Liqasının üçqat çempionu və Çempionlar Liqasının qalibi olub.

Portuqal hücumçu 2018-ci ildən İtaliyanın "Yuventus" komandasının heyətində çıxış edirdi. Ronaldu bütün yarışların 133 oyununda iştirak edib və 101 qol vurub.