DÇ-2022: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verib

DÇ-2022: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verib

9 Sentyabr 06:35
96
Bəyəndim (0) Bəyənmədim (0)

022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

Günün ilk görüşü J qrupunda oynanılıb. Lixtenşteyni qəbul edən Ermənistan rəqibi ilə bacarmayıb - 1:1. Bu qrupun digər oyunlarında Almaniya səfərdə İslandiyanın qapısından 4 cavabsız top keçirib, Rumıniya isə Şimali Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb.

B qrupunda İspaniya səfərdə Kosovonu məğlub edib. İsveç isə Yunanıstana uduzub. C qrupunda İtaliya evdə Litvanı darmadağın edib. İsveçrə isə səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyib.

E qrupunda Belçika Rusiyanın Kazan şəhərində keçirilən matçda Belarusa çətinliklə qalib gəlib. Uels - Estoniya oyununda isə qalib müəyyənləşməyib. Gecənin maraqlı görüşlərindən biri I qrupunda olub. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu yenib.

DÇ-2022, seçmə mərhələ

VI tur

8 sentyabr

B qrupu

22:45. Kosovo - İspaniya - 0:2

Qollar: Pablo Fornals, 32, Ferran Torres, 90

22:45. Yunanıstan - İsveç - 2:1

Qollar: Anastasios Bakasetas, 62, Vangelis Pavlidis, 78 - Robin Kvayson, 80

Xal durumu: İspaniya - 13 (6 oyuna), İsveç - 9 (4), Yunanıstan - 6 (4), Kosovo - 4 (5), Gürcüstan - 1 (5)

C qrupu

22:45. Şimali İrlandiya - İsveçrə - 0:0

22:45. İtaliya - Litva - 5:0

Qollar: Moyze Kin, 11; 29, Edqaras Utkus, 14 (avtoqol), Cakomo, Raspadori, 24, Covanni Di Lorentso, 54

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 8 (4), Şimali İrlandiya - 5 (4), Bolqarıstan - 5 (5), Litva - 0 (5)

E qrupu

22:45. Belarus - Belçika - 0:1

Qol: Dennis Prat, 18

22:45. Uels - Estoniya - 0:0

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 7 (5), Uels - 7 (4), Belarus - 3 (5), Estoniya - 1 (4)

I qrupu

22:45. Macarıstan - Andorra - 2:1

Qollar: Adam Salai, 9 (penalti), Endre Botka, 18 - Maks Lyovera, 82

22:45. Albaniya - San Marino - 5:0

Qollar: Rey Manay, 32, Kyazim Lyaçi, 58, Armando Broya, 61, Elseid Hüsay, 68, Mürto Uzuni, 80

22:45. Polşa - İngiltərə - 1:1

Qollar: Damian Şimanski, 90+2 - Harri Keyn, 72

Xal durumu: İngiltərə - 16, Albaniya - 12, Polşa - 11, Macarıstan - 10, Anorra - 3, San Marino - 0

J qrupu

20:00. Ermənistan - Lixtenşteyn - 1:1

Qollar: Henrix Mxitaryan, 45+5 (penalti) - Noa Frik, 80

22:45. Şimali Makedoniya - Rumıniya - 0:0

22:45. İslandiya - Almaniya - 0:4

Qollar: Serj Qnabri, 4, Antonio Rudiger, 24, Leroy Sane, 56, Timo Verner, 89

Xal durumu - Almaniya, 15, Ermənistan - 11, Rumıniya - 10, Şimali Makedoniya - 9, İslandiya - 4, Lixtenşteyn - 1