DÇ-2022: Azərbaycan ilk xalını qazanıb, Serbiya Lüksemburqa, Rusiya Kiprə qalib gəlib

DÇ-2022: Azərbaycan ilk xalını qazanıb, Serbiya Lüksemburqa, Rusiya Kiprə qalib gəlib

4 Sentyabr 2021 22:43
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.

Oxuməni.az xəbər verir ki, ilk oyun günündə 5 qrupda nəzərdə tutulan 13 qarşılaşmadan 6-sı başa çatıb.

Günün ilk görüşü D qrupunda Finlandiya və Qazaxıstan arasında olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda yer alan Azərbaycan millisi səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə edib. Qrupun digər matçında Serbiya evdə Lüksemburqu məğlub edib - 4:1.

G qrupunda Norveç səfərdə Latviyadan, H qrupunda isə Rusiya Kiprdən üstün olub.

DÇ-2022, seçmə mərhələ
V tur
4 sentyabr

A qrupu

20:00. İrlandiya - Azərbaycan - 1:1

Qollar: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1

20:00. Serbiya - Lüksemburq - 4:1

Qollar: Aleksandar Mitroviç, 22; 35, Maksim Şano, 82 (avtoqol), Nikola Milenkoviç, 90+6- Olivye Till, 77

Qırmızı vərəqə: Jerson Rodrigeş, 90+5 (Lüksemburq)

Xal durumu: Portuqaliya - 10 (4 oyuna), Serbiya - 7 (3), Lüksemburq - 6 (3), Azərbaycan - 0 (3), İrlandiya - 0 (3)

D qrupu

17:00. Finlandiya - Qazaxıstan - 1:0

Qol: Yoen Pohyanpalo, 60

Xal durumu: Fransa - 8 (4 oyuna), Ukrayna - 4 (4), Finlandiya - 2 (2), Bosniya və Herseqovina - 2 (3), Qazaxıstan - 2 (3)

G qrupu

20:00. Latviya - Norveç - 0:2

Qollar: Erlinq Holann, 20 (penalti), Məhəmməd Elyunussi, 66

Xal durumu: Türkiyə - 8, Niderland - 7, Monteneqro - 7, Norveç - 7, Latviya - 4, Cəbəllütariq - 0

H qrupu

20:00. Kipr - Rusiya - 0:2

Qollar: Aleksandr Yeroxin, 6, Rifat Cəmaləddinov, 55

20:00. Sloveniya - Malta - 1:0

Qol: Sandi Lovriç, 45 (penalti)

Xal durumu: Xorvatiya - 7, Rusiya - 7, Slovakiya - 6, Kipr - 4, Sloveniya - 4, Malta - 4