Portuqaliya və Danimarka qələbə qazanıb, Fransa və Türkiyə heç-heçə edib

Portuqaliya və Danimarka qələbə qazanıb, Fransa və Türkiyə heç-heçə edib

2 Sentyabr 2021 06:21
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV tura start verilib.

Oxuməni.az-ın məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzub. Qrupun digər matçında Portuqaliya İrlandiyanı eyni hesabla üstələyib.

Son dünya çempionu Fransa Bosniya və Herseqovina ilə heç-heçə oynayıb - 1:1. D qrupundakı Qazaxıstan - Ukrayna matçında da qalib müəyyənləşməyib - 2:2.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Monteneqronunun müqavimətini qıra bilməyib - 2:2. Bu qrupda Norveç Niderlandla bərabərə qalib, Latviya isə Cəbəllütariqi məğlubiyyətə uğradıb.

DÇ-2022, seçmə mərhələ
IV tur
1 sentyabr

A qrupu

22:45. Lüksemburq - Azərbaycan - 2:1

Qol: Mikael Pinto, 8. Jerson Rodrigeş, 28 (penalti) - Emin Mahmudov, 67

22:45. Portuqaliya - İrlandiya - 2:1

Qol: Kriştianu Ronaldu, 89. 90+6 - Con Eqan, 45

Xal durumu: Portuqaliya - 10 (4 oyuna), Serbiya - 7 (3), Lüksemburq - 6 (3), Azərbaycan - 0 (3), İrlandiya - 0 (3)

D qrupu

18:00. Qazaxıstan - Ukrayna - 2:2

Qollar: Ruslan Valiullin, 74. 90+6. - Roman Yaremçuk, 2. Danylo Sikan, 90+3

22:45. Fransa - Bosniya və Herseqovina - 1:1

Qol: Antuan Qrizman, 40 - Edin Ceko, 36

Xal durumu: Fransa - 8 (4 oyuna), Ukrayna - 4 (4), Finlandiya - 2 (2), Bosniya və Herseqovina - 2 (3), Qazaxıstan - 2 (3)

F qrupu

22:45. Danimarka - Şotlandiya - 2:0

Qol: Daniel Vass, 14. Yoakim Mehle, 15

22:45. Farer adaları - İsrail - 0:4

Qol: Eran Zahavi, 12. 44. 90+2 Munas Dabbur, 52

22:45. Moldova - Avstriya - 0:2

Qol: Kristof Baumgartner, 45+1. Marko Arnautovic, 90+4.

Xal durumu: Danimarka - 12,, İsrail - 7, Avstriya - 7, Şotlandiya - 5, Farer adaları - 1, Moldova - 1

G qrupu

22:45. Latviya - Cəbəllütariq - 3:1

Qol: Vladislavs Gutkovskis, 50. 85, Andrejs Ciganiks, 89 - Tjay De Barr, 71

22:45. Norveç - Niderland - 1:1

Qol: Erlinq Holann, 20 - Davy Klaassen, 37

22:45. Türkiyə - Monteneqro - 2:2

Qol: Cengiz Ünder, 9. Yusuf Yazıcı, 31. - Adam Marusic, 40. Risto Radunovic, 90+7

Xal durumu: Türkiyə - 8, Niderland - 7, Monteneqro - 7, Norveç - 7, Latviya - 4, Cəbəllütariq - 0

H qrupu

22:45. Rusiya - Xorvatiya - 0:0

22:45. Malta - Kipr - 3:0

Qol: Cain Attard, 44. 54 Joseph Mbong, 46

22:45. Sloveniya - Slovakiya - 1:1

Qol: Petar Stoyanoviç, 42 - Robert Bozenik, 32

Xal durumu: Xorvatiya - 7, Rusiya - 7, Slovakiya - 6, Kipr - 4, Sloveniya - 4, Malta - 4