"Real Madrid" Mbappeni almaqdan imtina edib

"Real Madrid" Mbappeni almaqdan imtina edib

31 Avqust 06:34
315
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın “Real Madrid" klubu yay transfer pəncərəsində Fransanın “Pari Sen-Jermen" (PSJ) klubunun hücumçusu Kilian Mbappeni almaqdan imtina edib.

Oxuməni.az-ın məlumatına görə, bu barədə “Sky Sports” xəbər verib.

Qeyd edilir ki, "Real Madrid" rəhbərliyi 2022-ci ilin yanvarında yenidən hücumçunun alınması niyyətinə qayıdacaq.

2018-ci ilin dünya çempionunun transfer qiyməti 180 milyon avro qiymətləndirilir.

Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. O, PSJ-nin heyətində Fransanın üçqat (2017/18, 2018/19, 2019/20) çempionu olub. Həmçinin Liqa Kubokunun ikiqat (2017/18, 2019/20) sahibi, eləcə də ölkə Super Kubokunun (2019, 2020), həmçinin Fransa Kubokunun (2017/18, 2019/20, 2020/21) üçqat qalibi olub.